"Vergi obyekti güzəşt olunan müddətdə vergini ödəməyəcək" ÖZƏL - AÇIQLAMA
"Bu müəssisənin sabit daimi xərclərinin azalmasına xidmət edəcəkdir və təbii ki, əmlak və torpaq vergilərindən sahibkarların müəyyən dövr ərzində azad olunması çox müsbət bir haldır". Bu sözləri SİA-ya açıqlamasında vergi və daşınmaz əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı vergidən tam azad olunma məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, əmlak vergisi sabit vergi hesab olunur və sırf bu cəhətdən müəssisənin və ya sahibkarın gəlirindən asılı olmadan alınır: "Əmlak vergisi sabit vergi hesab edilir. Yəni, onun məbləği müəssisənin və ya sahibkarın işləməməyindən və ya fəaliyyətindən asılı olmayaraq ödənilən vergi məbləğidir. Buna görə də dövriyyəyə bağlı alınan vergi hesab olunmur. Başqa sözlə desək dövriyyəyə bağlı vergilər birbaşa olaraq dövriyyədən və ya maliyyə nəticələrindən asılı olaraq ödənilir. Lakin, torpaq vergisi ilə əmlak vergisi müəssisənin hansı vəziyyətdə işləməsindən asılı olmayaraq ödənilir".
Sahibkarların 2020-ci ildə əmlak və torpaq vergisindən azad olmaları və il ərzində həmin vergiləri ödəməyəcəkləri ilə bağlı ekspert bildirib ki, bu çox müsbət bir haldır: "Torpaq vergisi ilə əmlak vergisi müəssisənin hansı vəziyyətdə işləməsindən asılı olmayaraq ödənildiyindən bu müəssisənin sabit daimi xərclərinin azalmasına xidmət edəcəkdir. Təbii ki, əmlak və torpaq vergilərindən sahibkarların müəyyən dövr ərzində azad olunması çox müsbət bir haldır".
Bununla əlaqədar olaraq "müvafiq dövr ərzində torpaq sahəsi və ya əmlak sahibi olmaq qərarına gələn sahibkar vergi ödəyəcəkmi?" - sualına isə Rəşad Əliyev belə cavab verib: "Bu bir qanundur. Əgər qanunvericilikdə vergilərin müəyyən dövr ərzində ödənilməməsi nəzərdə tutulubsa həmin vergi obyekti güzəşt olunan müddətdə vergini ödəməyəcək. Bu sahibindən asılı olmayaraq müvafiq dövr ərzində tətbiq ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB