Sağlamlıq imkanları məhdud şəxslərin təhsil sahəsində hüquqları artırılır

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil sahəsində hüquqları artırılır

Sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində hüquqları artırılır. SİA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil sahəsində ödənişsiz psixoloji yardım almaq hüququ olacaq.

Müzakirələrdən sonra layihə səsverməyə çıxarılıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə