İran səfirindən Ramazan ayının başlaması münasibətilə təbrik mesajı

İran səfirindən Ramazan ayının başlaması münasibətilə təbrik mesajı

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cavad Cahangirzadə Ramazan ayının başlaması münasibətliə təbrik mesajı verib. SİA-nın məlumatına görə təbrikdə deyilir:

Allahın adı ilə, Rəhmət və bərəkət ayı olan Ramazan ayının nəsim küləyi İslam dünyasının sevincinə səbəb olmuşdur. Mən, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri olaraq, Cənnət qapılarının bəndələrin üzünə açıldığı və Quranın baharı olan mübarək Ramazan ayının gəlişi münasibətilə, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını təbrik edir, hamınıza bərəkətli, sağlam, duaların qəbul olunduğu bir ay arzu edirəm. Allahdan diləyirəm ki, bu ayın bərəkəti xatirinə bütün bəlaları və xəstəlikləri, o cümlədən koronavirus bəlasını dünyanın bütün əhalisindən, xüsusilə müsəlman xalqlardan uzaqlaşdırsın, müsəlman xalqlar üçün sülh, dostluq və sevgi dolu dünya ərməğan etsin.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə