Bu gün bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə dövlətimiz tərəfindən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə icra edilən operativ qərarlar virusun yayılamsının qarşısının alınmasında və əhalinin "Evdə qal, sağlamılığını qoru" çağırılarına əməl edilməsində əhəmiyyətli rol oynadı. Həm də, bu qətiyyətli adımlar, Prezident Cənab İlham Əliyevin sərəncamları dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunu bir daha sübut etdi.
Azərbaycan Prezidenti İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu çətin günlərdə atdıqları addımlar, yorulmadan çalışmaları vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır və 16 il əvvəl dövlət başçısının Prezident seçilərkən "Hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" söylədiyi ifadəni bir daha təsdiq etmiş oldu. Koronavirusla mübarizədə dövlət başçısının uzaqgörən qərarları insanların Prezident İlham Əliyevə olan inam və güvənini daha da möhkəmləndirdi. Dövlət başçısının bu ağır və çətin dönəmdə aztəminatlı insanlara, xalqa göstərdiyi maddi və mənəvi dəstək, yaşlı insanların sağlamlığının qorunması istiqamətində verdiyi qərarlar insan amilinin hər şeydən üstün olduğunun təcəssümüdür. Azərbaycan mətbuat nümayəndələri də bu ağır dövrdə Cənab Prezidentin "Biz birlikdə güclüyük!" çağırışına qoşularaq həmrəylik nümayiş etdirirlər. Hadisələrin operativ şəkildə xalqa çatdırılmasına var qüvvələri ilə çalışır və bir vətəndaş olaraq dövlətimiz tərəfindən tövsiyyə olunan bütün tapşırıqlara əməl edirlər.
Hər zaman olduğu kimi bu gün də dövlətimizin həyata keçirdiyi təxirə salınmaz tədbirlər nəticəsində Azərbaycan bütün dünyanı bürümüş koranavirusdan ən az əziyyət çəkən, bəşəriyyətin bəlasına çevrilmiş pandemiyaya qarşı ən səmərəli mübarizə aparan ölkələr arasında ön sıralardadır. Avropanın ən qabaqcıl ölkələrini belə virusla mübarizədə arxada qoyur. Məhz bunun nəticəsidir ki, Azərbaycan modeli hər zaman olduğu kimi çətin bir zamanda da öyrənilir. Görülən tədbirlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qətiyyətinin, müdrik siyasətinin nəticəsidir. Bütün bu diqqət, qayğı və dəstəyə görə biz KİV nümayəndəsi olaraq Cənab Prezidentə minnətdarlığımızı bildiririk. İnanırıq ki, lider dövlət olaraq dünya çapında yeri olan Azərbaycan bu pandemiya ilə mübarizə də dövlət başçısını rəhbərliyi ilə qalib olacaq.
Nazakat Bayramova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB