Sumqayıtda uğurla davam eləyən aksiya - FOTOLAR

Sumqayıtda uğurla davam eləyən aksiya - FOTOLAR

Həmvətənlərimizə və əsasən də aztəminatlı ailələrə ölkə başçıızın sərəncamı ilə yardımların verilməsi, məmləkətimizdə böyük coşqu ilə qarşılanıb. İnsanlarımız ölkə başçımız cənab İlham Əliyevin bu fikrini yüksək səviyyədə dəstəkləyirlər. Cənab prezidentimiz İlham Əliyevin hələ 2003-cü ildə ilk dəfə prezident seçilən vaxtı dediyi bu sözlər: “Mən həmişə millətimin hər bir üzvünün həmişə prezidenti olub, onların bütün problemlərini hər zaman həll eləyəcəm. Həmişə onların yanında olacam”. Bu fikir bu gün də özünün təsdiqini tapır və respublikamızın bütün bölgələrində insanlara lazım olan kimi yardımlar olunur.

Artıq bir neçə gündür Sumqayıt şəhərində də Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarının və eyni zamanda “evdə qal!” çağırışının təmin olunması məqsədi ilə aztəminatlı ailələrə yardım paylanılması aksiyası yüksək uğurla davam eləyir.

Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən aksiya çərçivəsində ümumilikdə 5 mindən çox aztəminatlı ailəyə ərzaq bağlamaları paylanılıb.

Aksiya çərçivəsində Sumqayıt şəhərində müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha və ehtiyacı olan şəxslərə 50 kiloqramlıq ərzaq məhsullarından ibarət yardım sovqatları öz evlərində təqdim olunub.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sumqayıt şəhəri 2015-cü ildən yeni bir intibah dövrünə başlayıb. Şəhər, İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyə yenidən qurulur. Sumqayıt şəhərinin girişlərindən başlayaraq, bütövlükdə parklar, xiyabanlar, binalaların fasadları, dənizkənarı park, yollar şəhərə böyük bir gözəllik verir. Heydər Əliyev Mərkəzi başda olmaqla, tikilən çoxlu sosial obyektlər, bu şəhərin simasını dəyişdirməklə, Sumqayıta böyük yaraşıq verir.

Biz inanırıq ki, sumqayıtlılar koronavirus adlı bu pandemiyadan da böyük qələbələrlə çıxacaqlar. Çünki Sumqayıt şəhər Səhiyyə Şöbəsi başda olmaqla, bütün həkimlər, tibb bacıları və xəstəxanalar şəhər camaatının sağlamlığı keçiyində möhkəm durublar. Bu şəhərin camaatı, başda Zakir Fərəcov olmaqla ölkə başçımız cənab İlham Əliyevin COVİD-19 pandemiyası ilə bağlı apardığı bu uğurlu siyəsəti lazım olan səviyyədə dəstəkləyirlər. Ona bu müqəddəs yolda daha böyük uğurlar diləyirlər.

İlhamə MƏHƏMMƏDQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə