Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir - SƏFİRLİK

Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir - SƏFİRLİK

COVİD-19 pandemiyasının başlanmasından bəri, Çin və Azərbaycan qarşılıqlı olaraq bir-birini dəstəkləyir, pandemiya ilə mübarizədə birgə əməkdaşlıq edir, hansı ki, bu hər iki ölkənin qarşılıqlı yardım və müdafiədə səmimi dostluğunu əks etdirir. SİA-ya Çin Xalq respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, Çin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verir və Azərbaycanın pandemiya ilə mübarizə səylərini qətiyyətlə dəstəkləyir. Eləcə də Azərbaycana öz imkanları daxilində yardım göstərməyə, birlikdə çalışaraq çətinlikləri birgə dəf etməyə hazırdır. Tam inanırıq ki, cənab Prezident İlham Əliyevin güclü rəhbərliyi ilə Azərbaycan xalqı ən qısa zamanda epidemiya üzərində qələbə çalacaqdır.

Cari ilin 2 aprel tarixində, Çin Azərbaycana epidemiyanın qarşısının alınması üçün lazım olan tibbi ləvazimatların ilk dəstəsini (5000 nəfərlik COVİD19 infeksiyasının aşkarlayıcı testi) verdi. Bu əsasda, Çin Azərbaycana ikinci (10 STA, 500 dəst tibbi qoruyucu geyim) və üçüncü dəst (50.000 KN95 maska, 600.000 tibbi maska və 3000 dəst tibbi qoruyucu geyim) tibbi ləvazimat tadarükünü davam etdirəcəkdir. Yuxarıda göstərilən vasitələr sürətli şəkildə hazırlanır və yaxın vaxtlarda Bakıya gələcəkdir.

Virusların sərhədləri yoxdur və onlar bəşəriyyətin ümumi düşmanıdır. Çin Azərbaycan ilə sıx əlaqə saxlamağa, siyasi qarşılıqlı etimadı daim möhkəmləndirməyə və müxtəlif sahələrdə praktiki əməkdaşlığı dərinləşdirməyə hazırdır. Biz inanırıq ki, pandemiya ilə birgə mübarizədən sonra, Çin və Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətərini daha parlaq gələcəyə aparacaqlar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə