"Prezidentimizin rəhbərliyi ilə bütün çətinliklərə qalib gələcəyik" Məktub

"Prezidentimizin rəhbərliyi ilə bütün çətinliklərə qalib gələcəyik" Məktub

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Azərbaycan vətəndaşlarından bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarla ifadə edirlər. SİA həmin məktublardan birini təqdim edir:

Mərdəkan qəsəbə sakini Xəzər rayon ağsaqqallar şurasının üzvü, təqaüdçü Altay Böyükağa yazır:

Çox hörmətli Möhtərəm Prezident.

Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daima dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməmişdir. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqlayıcı profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını almışdır. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilmişdir. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti da nəzərə alınmışdır. Bu çətin günlərdə qəbul edilmiş bütün qayda-qanunlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin Sərəncam və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Biz əminik ki, həmişə olduğu kimi, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözə görünməz düşmən üzərində qələbə çalacaqdır.

Möhtərəm cənab Prezident. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə