"Məhz Sizin sayənizdə Azərbaycanda virusa yoluxma sayı azdır" MİNNƏTDARLIQ MƏKTUBU
Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Şəki şəhər sakini Zəminə Rəsulovanın Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:
Möhtərəm cənab Prezident.
Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dəhşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbi ilə minlərlə ölüm qeydə alınır. Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz sayəsində hələ heç bir yoluxma halı qeydə alınmamış bu virusun qarşısını almaq məqsədi ilə yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır.
Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədi ilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm cansağlığı arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB