"Siz yorulmadan bizim sağlamlığımız üçün çalışırsınız" MƏKTUB

"Siz yorulmadan bizim sağlamlığımız üçün çalışırsınız" MƏKTUB

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Azərbaycan vətəndaşlarından bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarla ifadə edirlər. SİA həmin məktublardan bir neçəsini təqdim edir:

Ağcabədi rayonunda məskunlaşan Laçından olan məcburi köçkünlər Şahverdiyev Süleyman, Əhmədov Sənani, Fərzəliyev, Kərimov Mirzə və İbrahimov Ədalət yazır:

Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunmuşdur. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq övladlarımız təhsildən kənarda qalmır, televiziyalarda təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin.

Ağstafa rayon sakini Sultanov Zahid yazır:

Hörmətli cənab Prezident.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən, pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyiniz ilə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək.

Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin.

Bütün xəbərlər Facebook səhifəmizdə