"Tanrı Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun" - MƏKTUB

"Tanrı Sizi, ailənizi, xalqımızı və dövlətimizi qorusun" - MƏKTUB

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar. SİA xəbər verir ki, Bərdədə yaşayan Vüqar Şadlinski yazır:

Hörmətli cənab Prezidentimiz.

Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı.

“Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi.

Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə