Azərbaycanımız naminə gördüyünüz işlər təqdir olunur - MƏKTUB

Azərbaycanımız naminə gördüyünüz işlər təqdir olunur - MƏKTUB

Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar. SİA xəbər verir ki, Bakıda yaşayan İmadəddin Hüseynov yazır:

Möhtərəm cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önlədi. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Dünyanın inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə