Görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir - MƏKTUB
Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar. SİA xəbər verir ki, Bakıda yaşayan Çinarə İsmayılova yazır:
Əziz Prezidentimiz.
Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. “Taclı virus” adlandırılan COVID-19 infeksiyası dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır.
Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Tanrı Sizi, Mehriban xanımı və bütün ailə üzvlərinizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB