Koronavirus pandemiyası dövründə Azərbaycan əhalisinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı gördüyü mühüm işlərə görə vətəndaşlarımız Prezident İlham Əliyevə respublikamızın bütün guşələrindən, eləcə də xaricdən çoxsaylı minnətdarlıq məktubları ünvanlayırlar. SİA xəbər verir ki, Bakıda yaşayan Qəhrəman Məmmədov yazır:
Zati-aliləri möhtərəm cənab Prezident.
Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərə çarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və millətimizin rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq Lidersiniz. Allah ümummilli liderimiz dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli Liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır – “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident. Bu gün mən azərbaycanlı olmaqla yanaşı fəxarət hissi keçirdirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə cansağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB