41 nəvə-nəticəsi olan 74 yaşlı ananın Prezidentə MƏKTUBU

41 nəvə-nəticəsi olan 74 yaşlı ananın Prezidentə MƏKTUBU

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir.

Azərbaycan vətəndaşlarından bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarla ifadə edirlər. SİA həmin məktublardan bir neçəsini təqdim edir:

Cəbrayıl rayonu, Cocuq Mərcanlı kənd sakini 1-ci dərəcəli “Əmək” ordenli Həziyev Oqtay yazır:

Hörmətli Prezident, cənab İlham Əliyev.

Bəşəriyyətin üzləşdiyi ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik.

Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq.

Hər zaman belə uca olasınız, cənab Prezident!

Biləsuvar rayon Nərimankənd kənd sakini Əliyeva Sifeyrə yazır:

Əziz Prezidentimiz.

Dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq öz adımdan və 8 övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə can sağlığı versin və bu bəladan xalqımızı qorusun.

Bütün xəbərlər Facebook səhifəmizdə