Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə həmin məktublardan bir neçəsini təqdim edir.
Nurgözəl Rəhimova yazır:
Hörmətli cənab Prezident.
Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.
Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. "El bir olsa dağ oynadar yerindən", biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.
Müseyib Şirəliyevdən
Hörmətli cənab Prezident.
Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, inamla irəliləyərək dünya ölkələri sırasında öz layiqli yerini tutur. Ölkə vətəndaşları onlara yüksək diqqət və qayğı ilə yanaşılmasından, böyük dəyər verilməsindən çox razıdırlar. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən tələbələrin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması istiqamətində tədbirlərin görülməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması Sizin əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.
Əziz Prezidentimiz, gördüyünüz bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı çatdırıram. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Balakən rayonundan Aytac Balagözova yazır:
Hörmətli cənab Prezident.
Mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm.
Şirvan şəhərindən Dəmirov Qurbanxan yazır:
Möhtərəm cənab Prezident.
Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.
Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.
Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB