Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır MƏKTUB

Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır MƏKTUB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə təşəkkür və minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA sizə həmin məktubları təqdim edir:

Şirvan şəhərindən Dəmirov Qurbanxan:

Möhtərəm cənab Prezident.

Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı mübariz həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.

Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.

Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun.

Balakən rayonundan Aytac Balagözova:

Hörmətli cənab Prezident.

Mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm.

Nəsimi rayonundan Müseyib Şirəliyev:

Hörmətli cənab Prezident.

Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycan bütün sahələrdə dinamik inkişaf edir, inamla irəliləyərək dünya ölkələri sırasında öz layiqli yerini tutur. Ölkə vətəndaşları onlara yüksək diqqət və qayğı ilə yanaşılmasından, böyük dəyər verilməsindən çox razıdırlar. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən tələbələrin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə Sizin Fərmanınızla Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, elan edilmiş xüsusi karantin rejiminin tələblərinin təmin olunması istiqamətində tədbirlərin görülməsi və əhali arasında maarifləndirmə işlərinin aparılması Sizin əhalinin sağlamlığının qorunmasına, insan amilinə verdiyiniz yüksək dəyərin bariz nümunəsidir.

Əziz Prezidentimiz, gördüyünüz bütün işlərə, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı çatdırıram. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Saatlı rayonu, Günəşli kəndində yaşayan Axıska türkləri adından Nurgözəl Rəhimova:

Hörmətli cənab Prezident.

Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən öz xalqı ilə yanaşı Axıska türklərinin vəziyyəti, həyat şəraitləri ilə maraqlanmağa başladı. Biz tüklərə hər zaman xüsusi diqqət və qayğı göstərərək bizə vətənimizdən kənarda olduğumuzu heç vaxt hiss etdirmədi.

Cənab Prezident, bu gün bu siyasi xətti uğurla davam etdirərək Siz də bizə hər zaman dəstək olursunuz. Siz uzaqgörən, xalqına böyük diqqət və qayğı göstərən bir Lidersiniz. İnanırıq ki, koronavirus pandemiyası ilə mübarizədə də bütün gücünüzü səfərbər edib, xalqı bu çətin vəziyyətdən çıxaracaqsınız. Biz də Axıska türkləri olaraq hər zaman Sizinləyik. "El bir olsa dağ oynadar yerindən", biz Sizinlə bir olaraq bütün mübarizələrə hazırıq, cənab Prezident. Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar arzulayırıq.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsindən

Möhtərəm Prezident.

Sizin rəhbərliyiniz və qeyri-adi təşkilatçılıq bacarığınız sayəsində respublikamız ildən-ilə dünyanın əksər ölkələrinə nümunə ola biləcək iqtisadi, sosial uğurlara imza atır.

Ötən ilin ilk aylarında təşəbbüsünüz və tapşırığınızla hazırlanıb reallaşdırılmış iki möhtəşəm sosial paket xalqın rifah halının yüksəldilməsi sahəsində atılmış inqilabi addımlar idi. Həmin paketlər yüz minlərlə vətəndaşımızın sosial imkanlarını dəfələrlə artırdı. Ölkəmiz 2020-ci ilə də uğurla start götürmüşdür. Sizin yürütdüyünüz mütərəqqi iqtisadi siyasət nəticəsində yanvar-fevral aylarında ümumi daxili məhsul təxminən 3 faiz artmışdır. Qeyri-neft sektorunda isə artım xeyli çox - 7 faizə yaxın olmuşdur. Mart ayında iqtisadiyyatımızın daha çox artımı üçün müsbət şərait yaradılmışdı. Çində meydana gəlmiş, dünya iqtisadiyyatı üçün problemə çevrilmiş koronavirus Azərbaycan iqtisadiyyatına da mənfi təsirini göstərdi. Mənfi təsirlərə baxmayaraq, ilk üç ayın yekunlarına əsasən, bütövlükdə ümumi daxili məhsulda 1,1 faiz artım qeydə alınmışdır. Dünyanın əksər dövlətlərinin iqtisadi artım deyil, iqtisadi tənəzzüldən xilas olmaq uğrunda çarpışdığı bir zamanda bu, böyük nailiyyətdir.

Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına yardım üçün 150-dən çox ölkə müraciət etmişdir. Yardım istəyənlər arasında inkişaf etmiş ölkələr də kifayət qədərdir. Azərbaycanın adının bu siyahıda olmaması Sizin iqtisadiyyatımıza göstərdiyiniz daimi diqqətinizin parlaq ifadəsidir. Siz populizmdən uzaq, gələcəyə hesablanmış iqtisadi, sosial proqramların müəllifi kimi tanınan dövlət başçısısınız. 2018-ci il prezident seçkilərindən sonra andiçmə mərasimindəki çıxışınızda inkişafımızın və islahatların gələcək konturlarını açıq-aydın göstərdiniz. Ötən dövrdə bu islahatların ardıcıllıqla həyata keçirilməsinin şahidi olduq. Sizin iradənizə, müdrikliyinizə və fenomen rəhbərlik istedadınıza arxalanaraq inanırıq ki, ölkəmiz pandemiyanın yaratdığı bu çətin vəziyyətdən də şərəflə çıxacaq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcəkdir.

Möhtərəm cənab Prezident, Sizin uğurlarınızı şərtləndirən amillərdən biri də hadisələri öncədən görmək və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirmək bacarığınızdır. Sizin tapşırığınızla görülən çevik, təcili tədbirlər koronavirus bəlasının Azərbaycanda geniş yayılmasına imkan vermədi. Koronavirusla mübarizə paketi üçün 2,5 milyard vəsait ayrıldı. Bu məqsədlə ilin sonuna qədər daha 150 milyon manat vəsaitin ayrılması da nəzərdə tutulur. İlin birinci rübündə 2,3 milyon Azərbaycan vətəndaşına 1,5 milyard manat məbləğində sosial ödəniş həyata keçirilib.

Sizin Sərəncamınızla yaradılmış işçi qrupunun səyləri nəticəsində 910 min insanın məşğulluğu tam şəkildə təmin edildi. Sizin tapşırıqlara uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib. Yanvar ayı ilə müqayisədə bu artım 80 minə bərabər olub. Bu da işəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

Həmkarlar ittifaqları olaraq bizim əsas məqsədlərimiz ilə uzlaşan qərarlarınız ölkə vətəndaşları ilə yanaşı, həmkarlar ittifaqı üzvlərimizin də sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına təkan vermişdir. Belə ki, koronavirusla mübarizənin ilk anlarından verdiyiniz qərarlar tərəfimizdən rəğbətlə qarşılanmışdır. Bu gün Siz də qeyd etdiyiniz kimi, pandemiyadan ən çox zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi, 300 minə yaxın mikro sahibkarın maliyyə vəziyyətinin təmin edilməsi, ümumilikdə, 600 minə yaxın insanın dövlətdən maddi dəstək alması dövlətimizin və onun Prezidentinin hər zaman xalqın yanında olması deməkdir.

İlkin mərhələdə 200 min insan dövlətdən 190 manat yardım alacağı planlaşdırılmışdı. Sizin tapşırığınıza uyğun olaraq bu rəqəm 600 minə qaldırıldı. Burada da Sizin məqsədiniz insanların sosial müdafiəsini gücləndirmək olmuşdur.

Möhtərəm cənab Prezident, koronavirusla mübarizə ilə bağlı karantin rejiminin tətbiq olunması sözsüz ki, iqtisadiyyatın bir çox sahələrinin iş fəaliyyətinə öz təsirini göstərmişdir. Burada yaşana biləcək bütün problemləri nəzərə alaraq, Siz qəti şəkildə sahibkarlara işçilərin işdən azad olunmaması, əməkhaqlarının saxlanılması, ixtisarlara yol verilməməsi barədə göstərişlər verdiniz. Bu isə həmkarlar ittifaqlarının, onun siravi üzvlərinin ürəyindən irəli gələn tapşırıqlar idi.

90 min ödənişli ictimai iş yerinin yaradılması ilə bağlı göstərişiniz, dövlət sektorunda çalışan 900 min nəfərdən artıq işçinin, qeyri-neft sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğunun təmin edilməsi, elektrik enerjisinin aylıq istehlak həcminin iki ay müddətinə artırılması, aztəminatlı ailələrdən olan 17 min tələbənin təhsil haqqı xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi, koronavirusla bağlı bir çox məhbusun əfv edilməsi, sahibkarlara vergi güzəştlərinin nəzərdə tutulması, maliyyə dəstəyinin göstərilməsi, hər bir vətəndaşın mənafeyinə cavab verən düşünülmüş, vaxtında atılmış qətiyyətli addımlardır. Bu addımlar hər bir həmkarlar ittifaqı üzvləri tərəfindən rəğbətlə və minnətdarlıqla qarşılanır. Çətin günlərdə hər zaman xalqın yanında olan dövlətimizə və Sizə, möhtərəm Prezident, üzvlərimizin təşəkkürlərini və minnətdarlıqlarını çatdırırıq.

Möhtərəm cənab Prezident, işləyən əhalinin nümayəndəsi, təmsilçisi, 1,5 milyondan çox üzvü olan həmkarlar ittifaqları Sizin xalqımızın sağlamlığı və rifahı naminə atdığınız bütün addımları yüksək qiymətləndirir, hər zaman yanınızda olduğunu bəyan edir.

Bütün xəbərlər Facebook səhifəmizdə