Abırsızın abırı olmaz. Bu aksiomadır. Ancaq qəribəsi odur ki, belə abırsızlar başqalarından siyasi ləyaqət tələb edir. Bu gün Baş nazirin müavini, YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov dediyi kimi: "Radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər".
Bu, həqiqətən də belədir. Ə.Əhmədov bildirir ki, bütün güclər epidemiyanın yayılmasının qarşısının alınmasına səfərbər edildiyi bir məqamda hansısa siyasətçinin və ya partiyanın siyasi divident qzanmaq xəyalına düşməsini təsəvvürə gətirilə bilinməyəcək dərəcədə qeyri-realdır: "Ayrı-ayrı ölkələrdə seçkilərin, referendumların keçirilməsi təxirə salındığı halda hansı siyası mübarizədən söhbət gedə bilər? Nə qədər qəribə, inanılmaz olsa da bir istisna var. Azərbaycanın radikal müxalifəti bütün mənəvi dəyərləri, insani keyfiyyətləri ayaqları altına alaraq pandemiyanın yaratdığı məlum şəraitdən özünün siyasi təbliğatı baxımından istifadə etmək kimi rəzalətə əl atmaqdan belə çəkinmirlər. Hətta indi onlar daha da fəallaşıblar, aranı qarışdırmaq ümidi ilə bütün güclərini səfərbər edirlər. İş o yrə çatıb ki, antiazərbaycan təbliğatına daha çox insan qoşmaq naminə 500 avro məbləğində mükafat da təsis ediblər. Pul isə, həmişə olduğu kimi, Azərbaycana düşmən olan və ölkəmizə qarşı təxribatları maliyyələşdirən dairələr tərəfindən ödənəcək. Təsəvvür edirsinizmi, bütün xalq, hər bir vətəndaş “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanı daxilində vəsait köçürdüyü halda, xaricdə xüsusi xidmət orqanlarının çətiri altına sığınıb antiazərbaycan təbliğatı aparan radikal müxalifətçilər ölkəmizə qarşı təbliğat aparanların sıralarını genişləndirmək üçün ciddi məbləğdə mükafat təsis edir. Bu insanlar daha nə etməlidirlər ki, onlar Azərbaycanın düşməni, vətən xaini adlandırılsınlar?!". Ə.Əhmədov, həmçinin onu da bildirir ki, radikal müxaliftin xəyanətkarcasına antiazərbaycan təbliğatı aparmaları birmənalı olaraq ümumxalq nifrətinə səbə olub: "Həqiqətən də radikal müxalifət nümayəndələri mutasiya edərək qorxulu virusa çevriliblər".
Siyavuş Novruzov: "Onlar milli müxalifət yox, xəyanətkardır"
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov qlobal böhran fonunda Azərbaycanda radikal müxalifətin öz amplualarına sadiq qalaraq şər-böhtan kampaniyalarından geri qalmadığını deyib: "Onlar "ölkə üçün nə qədər pis olsa, bizim üçün o qədər yaxşı olar" kimi üzdəniraq siyasət fəlsəfələrinə uyğun olaraq, Azərbaycan hakimiyyətinin əhalimizi qorumaq üçün aldığı karantin tədbirlərini tənqid etməyə, bu addımlara ehtiyac olmadığına inandırmağa çalışdılar. Lakin bütün dünyada alınan karantin tədbirlərinin hətta fövqəladə vəziyyət və komendant saatına qədər ciddiləşdiyini görəndən sonra bu dəfə də hakimiyyəti yetərli tədbirlər almamaqda günahlandırdılar. Həqiqətən də, tragikomik mənzərədir. Cəmiyyət həyatına aid heç bir sahədə ciddi bir proqrama, alternativ planlaşdırmalara malik olmayan radikal müxalifət bu dəfə də fövqəladə vəziyyətin yaratdığı imtahandan keçə bilmədi, hər zamankı kimi sinifdə qaldı. "Narıncı inqilabların" bir sıra Şərqi Avropa və postsovet ölkələrində yaratdığı böhrana və onların məruz qaldığı ərazi itkilərinə məhəl qoymayaraq "narıncı" geyinib küçələrə çıxan, yaxın şərqin sabit ölkələrini vətəndaş müharibəsi və xaosa sürükləyərək viran qoyan “ərəb baharından” təsirlənib öz ölkəsini də belə vəziyyətə salmağa çalışan bir müxalifətə milli demək olarmı?".
"Xalqımız onların adını çoxdan verib – xəyanətkar"
S.Novruzov onu da vurğulayıb ki, xalqımız onların adını çoxdan verib – XƏYANƏTKAR!: "Bəs öz ölkəsinə qarşı bu qədər kin-küdurətin səbəbi nədir? Öz ölkəsi haqqında xaricə donos yazan Əli Kərimlilərin, Avropaya və ABŞ-a qaçan Cəmil Həsənlilərin, Qənimət Zahidin, erməni mənşəli Arif Məmmədovun, İsa Sadıqov kimi dostlarının ordan hədyan yağdıran çirkin fikirlərini diqqət yetirsək, cavab aydın olacaq. Necə deyərlər, dostunu göstər, kim olduğunu söyləyim. Erməni olduğu üçün Azərbaycandan qaçmağa məcbur olduğunu deyib, buna uyğun sənədlər düzəldib ölkədən qaçan Ramiz Yunus bunlardan biridir. Özünü vətənpərvər hesab edən müxalifətçiləri, görəsən, bu anadangəlmə reneqat Yunuslarla nə birləşdirir? Ermənidən mədət uman bir müxalifət Azərbaycana lazımdırmı? Fikrimcə, onlar əvvəlcə bu sualların cavabını axtarsalar, daha yaxşı olardı. Bəlkə, o zaman Azərbaycan xalqının nəzərində niyə heç bir nüfuza sahib olmadıqlarını dərk etdilər. Osmanqızı isə başqa bir faciəvi fiqurdur. Mərhum atası ermənilər tərəfindən qətlə yetirilən (Ramiz Yunusun dayıları tərəfindən) bu xanım 5-ci kolonun ruporuna çevirilərək erməni dəyirmanına su tökür".
"Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!"
Millət vəkili onu da bildirib ki, COVID-19 qarşı alınan tədbirlərdə Ermənistanı Azərbaycandan öndə olduğunu bildirən osmanqızılar, yunuslar adi statistikanda da öz xəyanətkar, ermənixislətdi olduqlarını göbstəriblər: «Belə ki, Azərbaycan əhalisi Ermənistandan 3,5 dəfə artıq olsa da, viruslu xəstə sayı, demək olar ki, bərabərdir. Test keçirilən vətəndaş sayı isə bizdə onlardan 10 dəfə artıqdır. Düşmən ölkənin bir sıra ekspertləri həyəcan təbili çalaraq karantinə görə izolyasiya şəraitinə məhkum olan Ermənistanın fəlakət qarşısında olduğunu bəyan edirlər. Hətta onların baş naziri də bunu etiraf etməyə məcbur olur. Görünür, bizim radikallar Ermənistanı ermənilərdən çox sevirlər. Nə demək olar? Fikrimcə, sual ritorikdir.
Yekunda vurğulamaq istərdim ki, qlobal və ya regional səviyyədə baş verən fors-major hallara baxmayaraq, Azərbaycan dövləti gələcəyə əmin addımlarla gedir. Bütün irimiqyaslı layihələr uğurla həyata keçirilir, sosial- iqtisadi rifah ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir. Möhtərəm Prezidentimiz İlham Əliyevin 2020-ci ilin ilk rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi: "Bizim siyasətimizdə Azərbaycan xalqının rifahından və sağlamlığından dəyərli heç nə yoxdur!".
Bəli, belə olan halda bugün bu nankorlar rəzil və mənəviyyatsız olarapq qalacaqlar da! Yazıqlar və LƏNƏTLƏR OLSUN SİZLƏRƏ!!!
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB