Xalqının mənafeyini hər şeydən uca tutan Lider

Xalqının mənafeyini hər şeydən uca tutan Lider

Bu bir aksiomadır - hər bir dövlət xadiminin, tarixi şəxsiyyətin real gücü, qüdrəti tarixin ən ağır, ən çətin dönəmlərində üzə çıxır. Bu faktorlar Azərbaycan xalqına nəsib olub. Və Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqlardandır ki, indiki son dərəcə narahat, taleyüklü bir dönəmdə ölkəmizə Prezident İlham Əliyev kimi müdrik siyasətçi, görkəmli dövlət xadimi rəhbərlik edir.

Bu gün dünyanın bir çox böyük dövlətlərinin belə koronavirus pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlaac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər edərək bugünkü müsbət nəticəyə nail olundu - ən az insan təlafıtı. Dövlət başçısı, həmçinin, bu virusun qarşısını almaq üçün "Evdə qal" kampaniyasına əməl edən əhalinin üzləşdiyi sosial və iqtisadi problemlər də həll edilməsi üçün həftə ərzində keçirdiyi bir videomüşavirə və bir videoiclasda bu məqamlara toxunuldu və onların yoluna qoyulması üçün həqiqətən çox böyük addımlar atıldı.

Belə ki, Prezidentin tapşırığı ilə dövlətdən yardım alan insanların sayı birdən-birə 3 dəfə artırılaraq, 200 mindən 600 minə çatdırıldı. Bu, o deməkdir ki, faktik olaraq, ehtiyacı olan heç kim bu yardımdan kənarda qalmayacaq. Dövlət göstərdi ki, məqsəd real olaraq hər şeydən üstün tutduğu vətəndaşı yaranan problemlərin qarşısında tək qoymamaqdır. Həm də təkcə işsizləri yox. Pandemiyadan zərər çəkən sahələrdə işləyən 300 mindən çox insanın əməkhaqlarının böyük hissəsi dövlət tərəfindən ödənilir. Həmçinin, 300 minə yaxın mikrosahibkara da maliyyə vəsaiti ayrılıb. Bu, bir daha Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir.

"Mən bunu dəfələrlə demişəm, hələ koronavirusdan daha əvvəl demişəm, - bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bugünkü ağır vəziyyət bir daha onu göstərir ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur, nəyi bəyan ediriksə, onu da edirik”,- deyə cənab İlham Əliyev videoiclas zamanı vurğulamışdır.

Bəli, bütün bunları xalqımız görür və həmişə də öz Prezidentinin yanındadır. Son günlərdə dövlət başçısına gələn təşəkkür məktublar da bunu bir daha sübut edir. Prezidentin saytında oxuya biləcəyimiz məktublarda insanlar böyük səmimiyyətlə və ürəkdən gələn sözlərlə dövlətin həqiqətən xalqla birlikdə olduğunu deyir, “Biz birlikdə güclüyük” şüarının sadəcə bir söz olmadığını ifadə edirlər. Əslində hər zaman cənab İlham Əliyevin bütün düşüncələri, qərarları və addımları vətəndaşın rifahına yönəlmişdi. Xüsusi dövrdə isə belə olduğu xüsusilə hiss edilir.

Və bu gün 750 mindən çox Yeni Azərbaycan Partiyasının üzvləri SİZİN kimi LİDERLƏ fəxr edirik. Və Hər zaman dövlətimizin rifahı naminə atacağınız qərarlarınızda həmişə SİZİNLƏYİK!

MEHRİBAN ABASQULİYEVA,

YAP Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə