"Pandemiyalardan qurtulmaq üçün yaşayış strategiyamızı dəyişməliyik" BİOLOQ RƏYİ
“İnsanların hazırki yaşayış strategiyası ətraf mühiti məhv edir. Bunun qarşısınını almaq, planeti xilas etmək, eləcə də müxtəlif pandemiyalardan uzaq olmaq üçün bu strateginın dəyişdirilməsi mütləqdir”. SİA-nın xəbərinə görə, bunu heyvanların qorunması və biomüxtəliflik sahəsində BMT konvensiyalarının iştirakçısı bioloq Maria Vorontsova açıqlayıb.
Virusoloqun fikrincə, əgər insanlar COVİD-19-a gəldikdən sonra da öz yayaış strategiyalarını dəyişməzsə, ik ildən sonra növbəti pandemiya ilə qarşılacaqlar: "Viruslar çoxdur və onlar yeni olduqda orqanizm üçün çox təhlükəli və ölümcül olurlar. Əgər biz yaşayış strategiyamıza yenidən baxmasaq, o zaman pandemiyalar davamlı olacaq. Biz hazırki koronavirus pandemiyasından sonra ətrafımızı necə qorumağı düşünməliyik”.
O insanın bütün yerüstü ekosistemlərə təsir etdiyini qeyd edib: “Belə ki son dövrlərdə dənizin istiləşməsi fonunda bir sıra sualtı meşələr, balıqlar yox olmağa başlayıblar. Bu prosesin bundan sonra da davam edəcəyi istisna deyil. Dərin dəniz balıqçılıq fəal inkişaf edir. Balıqlar travma yolu ilə tutulur və demək olar ki, bütün dərin dəniz canlıları məhv edilir. Bununla yanaşı, okean qatında nadir torpaq metallarının bir çox yatağı kəşf edilib. Bütün bunda bu kəşflərdən yararlanmağa can atır. Kobalt, manqan və digər əşyaların yataqları var və hansı ki, onlardan mobil telefonlar və elektron cihazlarda istifadə olunur. Hazsırda BMT-də dərin dəniz mədənləri üzrə beynəlxalq bir təşkilat yaradılıb, bu ildən etibarən okeandakı yataqların inkişafı üçün lisenziyalar veriləcək”.
Vorontsova vurğulayıb ki, okean dərinliyindəki dib çox yumşaq olduğundan oradan hər hansı bir istehsal həm okeanın qalınlığına, həm də canlı orqanizmlərə və okeanın istiliyinə mütləq şəkildə təsir göstərir.
O xatırladıb ki, intensiv əkinçilik nəticəsində torpaq tükənməsi baş verir: “"Məsələn, xurma əkinlərini götürək. Onların altındakı tropik meşələr qırılır. Nəticədə bu ərazilərdə xurma fındıqları ilə qidalanan gəmiricilər çoxalır. Hazırda xurma əkini zəhərli ilanlarla doludur və işçilər ora getməyə qorxurlar”.
Ekspertin fikrincə, təbiətlə əlaqəli parazitar strategiya normal simbiozla dəyişdirməlidir: “Bunun üçün insanlar yaşayışında fərqli strategiya seçməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB