DADP sədri: “Xalq radikal müxalifətin avantüraları qarşısında diqqətli olmalıdır” - MÜNASİBƏT
İctimai Palata daxilində gərginliyin olacağı gözlənilən idi. SİA-ya açıqlamasında bu sözləri Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir neçə müxalifət partiyasının təmsil olunduğu İctimai Palatanı tərk etməsinə münasibət bildirərkən deyib.
Qatarın artıq relsdən çıxdığını deyən DADP sədri bildirib ki, AMİP-in İctimai Palata adlanan qurumun sıralarını tərk etməsi yalnız başlanğıcdır: "Aydındır ki, qurumda toplanan partiyaların ümumi mövqeyi yoxdur. Onlar məhz şəxsi maraqlara görə bir yerdədirlər və bu da uzun davam edə bilməzdi. Bu həftənin sonuna kimi İctimai Palatada gərginliyin daha da artması gözləniləndir. Təbii ki, İctimai Palatada təmsil olunan qüvvələr də bunun saxta bir qurum olduğunu və gələcəyin olmadığını dərk edirlər".
İnkişaf etmiş ölkələrdə İctimai Palataların fəaliyyət göstərdiyini qeyd edən DADP sədri bildirib ki, bu cür qurumların funksiyalarından kənara çıxması əks nəticələr verir: "İctimai Palata cəmiyyətdəki problemləri hakimiyyətin diqqətinə çatdıra, bu problemlərin müzakirəsi üçün dialoqların təşkilinə dair təkliflər verə bilər. Azərbaycan müxalifəti isə parlamentə alternativ qurum yaratdığını iddia edərək icazəsiz aksiyalar təşkil edir, iğtişaşlar, qarşıdurmalar yaratmağa cəhd edir. Ümid edir ki, bununla da hakimiyyəti ələ keçirəcək. Əlbəttə ki, bu taktika yanlışdır. Azərbaycan Milli İstiqlal Partiyasının İctimai Palatanı tərk etməsi də məhz qurumun səhv yolda olduğunun başa düşülməsidir".
İctimai Palatanın dağılmasının qarşıalınmaz bir proses olduğunu qeyd edən M.Əlizadə bildirib ki, xalq radikal müxalifətin avantüraları qarşısında diqqətli olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB