Sərdar Cəlaloğlu: "Əli Kərimlinin interneti kəsilibsə, bəs o bunu necə ictimailəşdirə bilir?"
"Dünyaya gəldiyi gündən xəyanət yolu tutan ermənipərəst Əli Kərimlinin, bütünlüklə, canında və vicudunda olub". Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu AXCP sədri Əli Kərimlinin və ailə üzvlərinin karantin dövründə telefon və internet əlaqələrinin kəsilməsi barədə yayılan xəbərlərdən danışarkən deyib.
Bildirib ki, dünyanın ən inkişaf etmiş ölkələri də koronavirusun yayılmasına qarşı tədbirlər görür, bizim ölkədə də qabaqlayıcı tədbirlərdən biri də karantin rejimidir: "Görünür bu rejim Əli Kərimlinin əl-qolunu bağlayıb, mitinq keçirə bilmir. Deməli qrantlar axmır. Ona görə də Əli Kərimlinin internetinin hakimiyyət tərəfindən kəsilməsi inandırıcı deyil. Əgər doğrudan da Əli Kərimlinin interneti kəsilibsə, bəs o, hansı xətlə məsələni ictimailəşdirə bilir? Axı, Əli Kərimlinin internetini kəsmək Azərbaycan hakimiyyətinin nəyinə lazımdır? Çünki AXCP sədrinin internetinə kəsmək hökumətə sərf etmir. Şəxsən mən Əli Kərimlinin internetinin hökumət tərəfindən kəsildiyinə qəti inanmıram".
Partiya sədri deyib ki, Əli Kərimlinin doğrudan da interneti kəsilibsə, o zaman qonşularının internetindən istifadə edib fikirlərini çatdıra bilər: "Bunun üçün alternativlər kifayət qədərdir. İndiki dövrdə interneti kəsmək və bununla da ətrafdan təcrid olunmaq mənə qəribə görünür. Şəxsən bu, mənə inandırıcı gəlmir".
"27 ildir bu satqın öz çirkin əmələrini göstərir. İndii də evdə qalmaq məqsədlərinin həyəpata keçirməmək deməkdir. Bir də ki, heç de demokratik dəyərlər deyil". S.Cəlaloğlu onu da bildirib ki, açıq-aydın görürük ki, bu adamın xalq arasında heç bir dəstəyi yoxdursa, niyə evdə qalarkən də mitinq istəyindən əl çəkmir? Bu doğurdan da, həyasızlıqdır. Cəmiyyət belələrindən iyrənir. Bir də haqq nazilər, amma üzülməz. İndii görək evdə qalarkən Əli Kərimli hansı yalanlar uyduracaq?".
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB