"Bu gün bizim ən ucqar kəndlərimizdə belə 24 saat enerji var. Bu təbii ki, ölkədə görülən tədbirlərin nəicəsidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev ölkədə enerji sahəsində görülən işləri dəyərləndirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, əvvəllər Azərbaycan enerjini digər ölkələrdən idxal edirdisə, indi Azərbaycan özü də enerji ixrac edən ölkələrdən biridir: "Hazırda Azərbaycanda yeni elektrik stansiyaları tikilib. Bu həm Azərbaycanın enerji təhlükəsizliyi üçün, həm də ölkənin əhalisinin enerji ilə vaxtı-vaxtında təmin olunması üçün çox vacibdir. Bir neçə il bundan əvvəli biz xatırlasaq, enerji sahəsində çox ciddi problemlərə nəzər salmış olarıq. Hətta, insanlara gündə 2, 4, 5 saat işıq enerjisi verilirdi və əksər kəndlərimizdə enerji qıtlığı hiss olunurdu. Ancaq bu gün bizim ən ucqar kəndlərimizdə belə 24 saat enerji var. Bu təbii ki, ölkədə görülən tədbirlərin nəicəsidir".
Tahir Rzayev onu da əlavə edib ki, ölkə rəhbəri daima bu sahəyə xüsusi diqqət yetirir: "Bu digər tərəfdən insanların rahatlığı üçün də çox vacibdir. Çünki, bu gün məişət texnikası, müəssisələr, emal sahələrinin hamısı enerji ilə idarə olunur. Çox yaxşı haldır ki, ölkə rəhbəri özü də müşavirələrdə xatırladır ki, biz mütləq şəkildə enerji istehsalını artırmalıyıq. Bu sahədə yeni stansiyaların qurulmasına böyük ehtiyac var. Bütün bunları nəzərə alaraq ölkədə sahibkarlığın da inkişafını müşahidə edirik. Eyni zamanda emal sənayesi də inkişaf edir ki, bu enerjisiz mümkün deyil".
Deputat qeyd edib ki, bütün bu proseslər hazırda iqtisadi inkişafa da böyük təkan verir: "Əgər bizim regionlarda fasiləsiz işıq enerjisi varsa orada emal müəssisələri də işləyir, məhsul istehsal olunur. Bu çox müsbət haldır və belə halların olmasını, ölkə rəhbərinin bu sahədə həyata keçirdiyi tədbirləri pozitiv dəyərləndirirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB