Elekton icazə alan vətəndaşların bu probleminə son qoyuldu AÇIQLAMA-ÖZƏL
“icaze.e-gov.az" portalından bu günə kimi 49 min 518 təşkilat tərəfindən bu günə kimi 762 min aktiv icazə alınıb. Bəzən təşkilatlar ya icazə alınan zaman və ya onun ləğvi ilə bağlı əməkdaşlarına məlumat vermədikləri üçün həmin şəxslər postlarda saxlanılan zaman cərimələnirdilər. Bu hallar olmasın deyə biz vətəndaşlardan gələn rəyləri nəzərə alaraq, “icaze.e-gov.az" portalını “my.gov.az portalına inteqrasiya etmişik”. SİA-nın xəbərinə görə, bunu e-hökumət portalının direktoru Fariz Cəfərov məlumat verib.
O bildirib ki, bu inteqrasiya çərçivəsində vətəndaşlar artıq öz my.gov.az portalında yəni şəxsi hesablarında onlara verilən icazə haqqında bildirişi görür və icazələrlə bağlı bütün detallı məlumatları ala bilirlər: “Belə ki məlumatlarda həmin şəxsin adı, soyadı, icazə verilən müddət, onun keçərli olduğu ərazi, əgər avtomobillə icazə alınıbsa, həmin avtomobillə bağlı məlumatlar və digər qeydlər öz əksini tapıb”.
F. Cəfərov söyləyib ki, bununla yanaşı, qeyd olunan PDF formatlı arayışa QR və Barkod məlumatları da daxil edilib: “Bu məlumatları bu gün ərzində Daxili İşlər Nazirliyinin xüsusi karantin rejimi informasiya sisteminə inteqrasiyası çərçivəsində xüsusi cihazlar vasitəsilə oxunması həyata keçiriləcək. Bununla da vətəndaşlar həmin postları daha rahat və çevik şəkildə keçə biləcəklər. Bu, həm də polislərin fəaliyyətini daha çevik şəkildə qurmasına kömək edəcək. Çünki indiyədək polislər üçün də postdan keçən şəxslərlə bağlı məlumatları axtarıb tapmaq istiqamətində müəyyən çətinliklər və vaxt itkisi yaşanırdı. Bu da müəyən sıxlıqlara gətirib çıxarardı. Biz bu problemləri də etap-etap həll edirik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB