Covid-19 tədbirləri ilə dünya özünü təmizləyir - ARAŞDIRMA

Covid-19 tədbirləri ilə dünya özünü təmizləyir - ARAŞDIRMA

Əvvəlcədən planlaşdırılmamış və heç bir hazırlıq olmayan bir qlobal təcrübə dünyamızı dəyişdirir.
Dünyadakı insanlar koronavirus epidemiyasına nəzarət etmək üçün evlərində oturmağa davam etdikləri üçün havanın çirklənməsində kəskin azalma baş verib.

Məsələn, dünyada ən çox çirklənmiş şəhərlərdən biri olan Hindistanın paytaxtı Yeni Dehlidə qalın qaranlıq çirk qatı demək olar ki, yoxa çıxıb. Onilliklərdən sonra ilk dəfə olaraq Himalay dağları şəhərdən aydın şəkildə görünüb. SİA-nın araşdırmalarına görə, ABŞ-da azot dioksid çirkliliyi 30 faizə düşüb. İtaliyanın paytaxtı Romada havanın çirkliliyi bir əvvəlki ilin eyni dövrünə görə yüzdə 49 azalıb. Ulduzların gecə daha aydın göründüyü bildirilir.

Vəhşi həyat şəhərə enib

Dünyanın bir çox yerində şəhər və kənd sakinləri görmədikləri heyvanları görməyə başladıyıblar. Məsələn, ABŞ-ın Çikaqo və San-Fransiskoda çaqqallar səyahət etməyə başlayıb. Çili, Santyaqoda bir yaquar görünüb. İngiltərənin Uels şəhərində keçilər şəhərlərə basqın ediblər. Hindistandakı turistlər və sakinlər tərəfindən bəslənən, lakin hazırda aclıq çəkən meymunlar evlərə girməyə başlayıb.

Məlum oldu ki; İnsanlar evdə oturanda və insan fəaliyyəti azaldıqda dünya təmizlənir və təbii həyat boşluğu tez doldurmağa başlayır.

Hər şeyin daha yaxşı necə ola biləcəyini görmək fürsətimiz oldu

Duke Universitetinin alimi Stuart Pimm məsələ barədə bunları deyib:

"Bu planetdə bəşəriyyətin nə qədər dağıntı və disbalans yaratdığını görmək bizim üçün inanılmaz bir fürsət oldu. Bu vəziyyət hər şeyin nə qədər daha yaxşı ola biləcəyini bizə sehrli şəkildə göstərdi".

Stanford Woods Ətraf Mühit İnstitutunun direktoru Chris Field, karantin dövründə ətraf mühitdəki ekoloji dəyişiklikləri qeyd etmək üçün bir qrup elm adamını səfərbər edib.
Məlumatlar yalnız hava və dənizlərdə deyil, həşəratlar, bitkilər, hava, səs çirkliliyi və işıq çirkliliyi kimi bir çox ərazidə də toplanmağa başlayıb.
İtaliya hökuməti dənizlərdə baş verən dəyişiklikləri xüsusi olaraq izləmək üçün xüsusi bir araşdırma qrupu təyin edib. Field mövzu ilə əlaqədar "Bir çox cəhətdən dünyamızı çəkiclə vuraraq məhv etdik. Çekiç ilk dəfə dayandı və dünyanın ona necə reaksiya verdiyini görmək şansımız oldu" deyib.

Hava çirkliliyi hər il 7 milyon insanı öldürür

Alimlər, azot dioksidi kimi hava çirkliliyinin ən çox bilinən molekullarının inanılmaz dərəcədə sürətli azalması ilə heyrətlənirlər. Health Effects İnstitutunun prezidenti Dan Greenbaum qeyd edir ki, bu molekul hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur.

2005-ci ildən bəri hava çirklənməsində ən aşağı səviyyələr

NASA-nın azot dioksid ölçmələrinə görə, ABŞ-da havanın çirklənməsi, peyklərlə ölçməyə başlandığı 2005-ci ildən bu yana ən aşağı səviyyəyə çatıb.
Başqa yerlərdə də vəziyyət eynidir. Son beş ilin ortalaması ilə müqayisədə havanın çirklənməsi Parisdə 46 faiz, Hindistanın Benqaluru şəhərində 38 faiz, Sidneydə 29 faiz, Los Ancelesdə 26 faiz, Rio de Janerio və Cənubi Afrikanın Durban bölgəsində 9 faiz eniş qeyd edilib.
NASA rəsmiləri bildirirlər ki, havanı çirkləndirməyən nəqliyyat vasitələrinə keçilməsilə nə baş verə biləcəyini aydın görmək mümkündür.
Karbon qazı və karbonmonoksit nisbətləri də azalıb, lakin azot dioksidi qədər deyil. Çünki enerji istehsalı və heyvandarlıq davam edir.

İlk dəfə Himalay dağlarının zirvəsini gördülər

Təmiz havadakı fərq Hindistan və Çində ən çox nəzərə çarpdı. Aprelin 3-də səhər Hindistanın şimalındakı Cələndər şəhərinin sakinləri on illərlə görünməyən bir mənzərəyə oyandılar və ilk dəfə yüzlərlə mil uzaqlıqdakı qarla örtülmüş Himalayı görə bildilər.

Sağlamlığa müsbət təsir edəcək

Təmiz hava yalnız gözəl mənzərə demək deyil. Təmiz və güclü ağciyərlər daha az astma, daha az ölüm və daha sürətli sağalma deməkdir.
Sadəcə havanın çirklənməsi səbəbindən o qədər insan ölür ki, hətta siqaret səbəbindən ölənlərin sayını keçdiyi düşünülür.

İqlim dəyişikliyinə təsir edirmi?

Breakthrough İnstitutunda iqlim mütəxəssisi Zeke Hausfather "İstiliyi saxlayan və istixana effekti yaradan qazlar atmosferdə ən az bir əsr ərzində qalacaq, buna görə pandemiya tədbirləri qlobal istiləşməyə əhəmiyyətli təsir göstərməyəcək" deyib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə