"Sizin fədakar əməyinizi dəyərləndirməyənlər öz səhvlərini başa düşəcək" Prezidentə MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir neçəsini təqdim edir:
Binəqədi rayon sakini Murad Məmməd yazır:
Hörmətli İlham Heydər oğlu.
Mən Sizə və Sizin ailənizə, ölkə üçün bu çətin vaxtlarda Sizinlə bərabər, vətəndaşların sağlamlığını düşünən hər kəsə təşəkkürlərimi bildirirəm. Sizin ölkəmizin rifahı naminə gecə-gündüz çalışdığınızı gördükdə göz yaşlarımı saxlaya bilmirəm. Mən və anam Sizə və yaxınlarınıza xoşbəxtlik və cansağlığı arzulayırıq. Sizə sonsuz təşəkkürümü bildirirəm.
Cənab Prezident, xalq Sizin gördüyünüz işləri dəyərləndirir. Sadə insanlar Sizin üçün dua edirlər. Mən gözəl şəhərimizə, gözoxşayan parklara görə də Sizə dərin təşəkkürümü bildirirəm.
Bakıda aparılan işlərə görə çox xoşbəxtəm. Bu, Sizi və Sizin siyasətinizi dəstəkləyən xalqı birləşdirir. İnanıram ki, vaxt gələcək, ölkənin və gənc nəslin rifahı naminə Sizin fədakar əməyinizi dəyərləndirməyənlər öz səhvlərini başa düşəcək və dost əlini Sizə uzadacaqlar. Xeyir daim Şərə qalib gəlir. Siz mərhəmətli, müdrik, geniş qəlbə sahib insansınız. Allah Sizi qorusun.
Siyəzən rayon sakini Balabəyov Balabəy yazır:
Möhtərəm cənab Prezident.
Dünyanı bürüyən koronavirus pandemiyası bir çox inkişaf etmiş ölkələrdə qarşısıalınmaz təhlükəyə çevrilib. Milyonlarla insan hazırda bu virusa yoluxub, on minlərlə insan həyatını itirib.
Təəssüflər olsun ki, virus bizim ölkəyə də gəlib çatıb. Lakin Sizin uzaqgörənliyiniz və qabaqlayıcı tədbirləriniz sayəsində virusun kütləvi şəkildə yayılmasının qarşısı alınıb və nəzarətdə saxlanılır. Əhalini virus təhlükəsindən qorumaq üçün ölkədə xüsusi karantin rejimi elan olundu, dezinfeksiya işləri aparıldı, səhiyyə sahəsində gücləndirilmiş iş rejiminə start verildi, həkimlərin maaşı artırıldı.
Bundan əlavə, insanların evdə qalmaları ilə əlaqədar yarana biləcək problemlər də nəzərə alındı, onların sosial rifahı ilə bağlı qərarlar qəbul olundu. Aztəminatlı ailələrə 190 manat vəsaitin verilməsi ilə bağlı Sərəncam imzaladınız. Ölkənin iş adamları da çağırışınıza qoşularaq insanlara çətin durumda dəstək oldular.
Möhtərəm Prezident, bütün bu tədbirlər göstərir ki, Siz daim Azərbaycan xalqının yanındasınız. Buna görə Sizə minnətdarıq.
Ucar rayonu, Çiyni kənd sakini, din xadimi Zaur Eyvazov yazır:
Möhtərəm cənab Prezident.
Hazırda bütün dünyada koronavirus pandemiyası ilə mübarizə aparıldığı bir zamanda ölkəmizdə tərəfinizdən vaxtında lazımi və qabaqlayıcı tədbirlərin görülməsi, əhalinin sağlamlığının qorunması istiqamətimdə icra edilən operativ işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Bütün sahələrdə olduğu kimi, dindar insanlar da Sizin daimi diqqət və qayğınızı hiss edirlər. Azərbaycan dindarları da xüsusi karantin rejiminin qaydalarına riayət edirlər.
Bu gün dünyadakı çətin vəziyyətə baxmayaraq, Sizin sayənizdə ölkəmizdə ailəsinin əhatəsində evdə qalan hər bir şəxs ruhdan düşmür, gələcəyə inamla baxır. Bunlar Sizə olan etibardan qaynaqlanır. Əminik ki, bu tədbirlər tezliklə müsbət nəticə verəcək.
Sağlamlığımızın qayğısına qaldığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB