"Vətəndaşlarımızın rifahı Prezidentin siyasətinin başlıca istiqamətidir" ÖZƏL - AÇIQLAMA
"Nəzərdə tutulan vəsaitlər də artıq Maliyyə Nazirliyi və onun xəzinədarlıq orqanları tərəfindən operativ şəkildə vətəndaşlarımıza çatdırılır". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü deputatı Aydın Hüseynov ölkədə son dövr ərzində sosial istiqamətdə görülən işlərdən danışarkən deyib.
O bildirib ki, pandemiyanın təsirlərinin aradan qaldırılması istiqamətində çox mühüm qabaqlayıcı tədbirlər həyata keçirilib: "Burada ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi ölkə rəhbərinin başlıca məqsədi Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasıdır. Mən hesab edirəm ki, bu istiqamətdə görülən işlər çox müsbətdir. Digər tərəfdən də vətəndaşlarımızın sosial qayğılarının aradan qaldırılması, onların ailə büdcələrinin formalaşdırılması istiqamətində atılan addımlar da mühüm addımlardır. Bu istiqamətdə də həm muzdlu işçilərə, həm də mikrosahibkarlara, eləcə də işləməyən, iş fəaliyyəti məhdudlaşan şəxslərə də maddi dəstəklər edildi".
Millət vəkili vurğulayıb ki, bu aprel ayı üçün nəzərdə tutulan vəsaitlər də artıq Maliyyə Nazirliyi və onun xəzinədarlıq orqanları tərəfindən operativ şəkildə vətəndaşlarımıza çatdırılır: "Burada da qeyd edək ki, belə bir hallar ola bilər ki, vətəndaşlarımızın bəziləri bunu vaxtında ala bilməsinlər, lakin, yekunda bu vəsaitlərin hər birini, nəzərdə tutulan məbləğin hər birini vətəndaşlarımız alacaq. Buna biz tam əmin ola bilərik".
Aydın Hüseynov qeyd edib ki, digər tərəfdən bu kimi tədbilərin həyata keçirilməsi bir daha onu göstərir ki, ölkədə aparılan siyasət tamamilə vətəndaşlarımızın rifahına söykənib: "Ölkə siyasətinin mərkəzində Azərbaycan vətəndaşları və onların sağlamlığı dayanır. Eyni zamanda onların sosial qayğıları da bura daxildir. Bu Azərbaycan Respublikası Prezidentinin siyasətinin başlıca istiqaməti və xətdidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB