"Azərbaycan gənci olaraq Sizin çağırışınıza qoşuluram" Prezidentə məktub

"Azərbaycan gənci olaraq Sizin çağırışınıza qoşuluram" Prezidentə məktub

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA həmin məktublardan bir neçəsini təqdim edir: Qobustan rayon sakini Baba Mahmudzadə yazır:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan.

Mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə qürur duyuram. Dünyada yayılan (COVID-19) koronavirus pandemiyasından ölkəmizi qorumaq üçün bütün qüvvələri səfərbər etmisiniz. Aztəminatlı ailələri və işsiz vətəndaşları nəzərə alaraq dövlət tərəfindən 190 manat birdəfəlik ödəmələr üçün vəsait ayrıldı. Bu vəsait 200 min insana şamil edilirdi, lakin Sizin tapşırığnıza əsasən bu say 600 minə çatdırıldı. Siz bir daha vətəndaşların yanında olduğunuzu sübut etdiniz.

Sizin tapşırığınızla əvvəlcədən görülmüş profilaktik tədbirlər nəticəsində Azərbaycanda koronovirus xəstələrinin sayı digər ölkələrə nisbətən xeyli azdır. Dünyanın ən güclü ölkələri belə koronavirus pandemiyasının qarşısında çarəsiz qaldığı halda, müdrik siyasətiniz sayəsində Azərbaycanda səmərəli tədbirlər görüldü. Əminik ki, Sizin sayənizdə ölkəmiz bu bəladan minimum itkilərlə qurtulacaq. Siz dediyiniz kimi, “Biz birlikdə güclüyük!”. Mən də bir Azərbaycan gənci olaraq Sizin çağırışınıza qoşulur və bütün xalqımızı bu çağırışınıza qoşulmağa çağırıram.

Ağdaş rayon sakini Cavid Quluyev yazır:

Möhtərəm cənab Prezident.

Bütün dünyanı saran koronavirus pandemiyası doğma yurdumu, Azərbaycanı da sınağa çəkməkdədir.

Cənab Prezident, Sizin COVID-19 epidemiyasının qarşısını almaq məqsədilə gördüyünüz qabaqlayıcı işlər göz qabağındadır. Virusun aşkarlandığı ilk vaxtlardan ölkəmizdə Operativ Qərargahın yaradılması, təlim-təhsil prosesinin dayandırılması xəstəliyin geniş yayılmasının qarşısını almağa imkan verdi.

Təhsil Nazirliyinin təşəbbüsü ilə hazırlanan teledərslərdə iştirak edir və dərslərimi daha həvəslə oxuyuram.

Cənab Prezident, Sizə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və bütün həkimlərimizə təşəkkürümü bildirirəm. Mən də gələcəkdə həkim olmaq arzusundayam. Əminəm ki, biz bu sınaqdan da uğurla çıxacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə