"Vətəndaşların yanında olduğunuzu bir daha sübut etdiniz" Axısqa türkləri
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Saatlı rayonu Varxankənd kənd sakini Əməkdar müəllim Lətif Şimşəkovun məktubunu təqdim edir:
Çox hörmətli cənab Prezident.
Siz dünyanı bürüyən və böyük tələfatlara səbəb olan koronavirus pandemiyasına qarşı çevik və vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməklə vətəndaşlarımızın yanında olduğunuzu bir daha sübut etdiniz.
Həmçinin son günlər əhalinin aztəminatlı hissəsinin sosial rifahının yaxşılaşdırılması üçün imzaladığınız məlum sərəncamlara görə Saatlı rayonunda yaşayan Axısqa türkləri adından Sizə minnətdarlığımızı bildiririk. Ulu Tanrı Sizi, ailənizi və övladlarınızı qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB