“Biz birlikdə güclüyük!” çağırışınız xalqımızın milli birliyinə stimul verdi Prezidentə məktub
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Gəncə şəhər sakini Hicran Məmmədovanın məktubunu təqdim edir:
Hörmətli cənab Prezident.
Bu gün bəşəriyyət ağır sınaq qarşısındadır. Yeni qlobal pandemiya – koronavirus (COVID-19) infeksiyası Yer kürəsinin sakinlərin, eyni zamanda, ölkəmizin vətəndaşlarının sağlamlığını təhdid altına alıb. Gözlə görə bilmədiyimiz düşmənlə mübarizə günümüzün bir nömrəli reallığına çevrilib. Sizin qətiyyətli iradəniz və təşəbbüskarlığınız sayəsində ilk gündən ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə vətəndaşlarımızın sağlamlığının qorunmasına xidmət edən bütün zəruri, qabaqlayıcı addımlar atıldı.
Bu gün də sərhəd tanımayan qorxunc infeksiyanın ölkəmizdə yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir. Sizin “Biz birlikdə güclüyük!” çağırışınız isə xalqımızın milli birliyinə stimul oldu, pandemiyaya qarşı mübarizədə hər həmrəyliyə səslədi.
Cənab Prezident, Sizə dərin hörmətimi və təşəkkürümü bildirir, Azərbaycan dövlətinin inkişafı, ölkə vətəndaşlarının sağlam gələcəyi naminə gördüyünüz əvəzsiz işlərinizdə uğurlar arzulayıram.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB