Bu gün ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmağa başladıqdan bu günə qədər paytaxtda və ölkənin müxtəlif bölgələrində fərdi və ya qrup halında fərqli şəxslər tərəfindən cür yardım kampaniyaları davam etməkdədir. Bu baxımdan sabiq millət vəkili Mirzəcan Xəlilov koronavirus pandemiyası dövründə doğulub boya-başa çatdığı Sabirabad rayonunun Kovlar kəndində yaşayan 170 aztəminatlı ailəyə un və gündəlik təlabat malları paylayıb.
O qeyd edib ki, karantin dövrü bitənədək bu ailələr nəzarətdə saxlanacaq. M.Xəlilov onu da bildirib ki, rayon yerlərində kəndlilərin ilin bu vaxtında ərzaq və məhsul ehtiyatları azalır: "Ilin quraqlı keçməsi fermerlərin işlərini xeyli çətinləşdirib. Otlaq sahələri vaxtından qabaq bozarıb, çaylarda suyun səviyyəsi aşağı düşüb. Hazırda kənd təssərüfatı işlərinin qızğın çağıdır. Ərzaq təhlükəsizliyini təmin etmək üçün məhsul bolluğunu yaratmaq fermerlərin üzərinə düşür. Kecən il pambıqçılıqda uğurlu nəticələr əldə etmişdik. Bu nəticələri qoruyub saxlamaq üçün indidən çalışan kənd zəhmətkeşləri çiyid səpini və başqa kənd təssərüfatı məhsullarının əkininə başlamalıdır. Bu cətin gündə yenə də dövlətimiz tərəfindən fermerlərə, sahibkarlara ciddi qayğı və diqqət yetirilir. Və bu gün də fermerlərimiz, sahibkarlarımız, imkanlılar el obanın köməyinə çatmalı, onların qayğısına qalmalıdır".
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB