Azərbaycan Ordusunda ekipajların döyüş hazırlığı yüksəldilir FOTO
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq zirehli transportyorlar (ZTR) və digər təkərli döyüş maşınlarının ekipajlarının döyüş hazırlığı yüksəldilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində ZTR ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirirlər.
Təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB