"Hümanizm Sizin üçün həmişə həyati dəyərlər olub" Vətəndaş məktubu

"Hümanizm Sizin üçün həmişə həyati dəyərlər olub" Vətəndaş məktubu

Dünya ölkələrinin koronavirus pandemiyasından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanda əhalinin sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin verdiyi mühüm qərarlar vətəndaşlarımız tərəfindən böyük razılıqla qarşılanır. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər. SİA Prezidentin saytına istinadla həmin məktubların daha birini təqdim edir.

Ağdaş rayonu, Qoşaqovaq kənd sakini Bəhram Məmmədzadə məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Şəfqət, mərhəmət, hümanizm kimi keyfiyyətlər həmişə Sizin və Mehriban xanım üçün həmişə ən mühüm həyati dəyərlər olmuşdur. Bu gün də belədir. Bütün dünyada tüğyan edən koronavirus pandemiyası ilə mübarizədə Siz bu keyfiyyətlərinizi bir daha nümayiş etdirdiniz.

Ölkəmizdə xüsusi karantin rejimini tətbiq edərək Azərbaycan xalqını qoruduğunuz, qayğımıza qaldığınız üçün özümün və ailəmin adından Sizə təşəkkür edirəm.Sizinlə fəxr edirik. Hər şeyə görə çox sağ olun”.

Bütün xəbərlər Facebook səhifəmizdə