"Xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm" Prezidentə yazırlar

"Xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm" Prezidentə yazırlar

Azərbaycan vətəndaşları koronavirus pandemiyasına qarşı mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərə görə dövlətimizin başçısına minnətdarlıq məktubları göndərməkdə davam edirlər. SİA Bakı şəhər sakini Vaqif Mikayılovun məktubunu təqdim edir:

“Möhtərəm cənab Prezident.

Qəzetlərdən oxuyur, televiziyalardan görürük ki, koronavirus səbəbindən bütün dünya iflic vəziyyətindədir. İş yerləri bağlanıb, ölkə iqtisadiyyatları demək olar donub. Sizin pandemiyanın ilk günlərindən vəziyyəti düzgün qiymətləndirib çox ciddi tədbirlər görməyinizin nəticəsidir ki, bu gün ölkəmizdə insanlar bu virusun fəsadlarını demək olar hiss etmirlər.

Azərbaycanımıza, xalqımıza sahib çıxdığınız üçün Sizə sonsuz təşəkkür edirəm. Bu məsuliyyətli fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və uzun ömür arzulayıram. Allah Sizi, Mehriban xanımı, övladlarınızı qorusun. Amin”.

Bütün xəbərlər Facebook səhifəmizdə