"Sağlamlığımızı düşündüyünüzə görə Sizə təşəkkür edirik" Vətəndaş məktubu
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA həmin məktublardın birini təqdim edir. Zərdab rayonu, Ağabağı kənd sakini Yasin Şıxlı məktubunda qeyd edir:
“Hörmətli cənab Prezident.
Dünyamız çətinliklə üzləşib. Bütün dünya ölkələri koronavirus pandemiyasının qarşısında çətin durumda qaldığı halda, Azərbaycan vətəndaşı heç nədən korluq çəkmədən rahat yaşayır. Sağlamlığımızı düşündüyünüzə, qayğımıza qaldığınıza görə Sizə təşəkkür edirik. Bir vətəndaş kimi, daim Sizi dəstəkləyir və Sizinlə qürur duyuruq.
Allahdan Sizə uzun, sağlam ömür arzulayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB