"Kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə Sizə minnətdarıq" MƏKTUB

"Kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə Sizə minnətdarıq" MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Şəki şəhər sakini Nemət Əliyevin məktubunu təqdim edir:

Hörmətli Prezidentimiz!

Bütün dünyanı bürüyən koronavirus xəstəliyinə qarşı mübarizədə Respublikamızda Sizin rəhbərliyinizlə böyük işlər görülür. Biz hər gün televiziyada Sizin çıxışlarınızı diqqətlə dinləyirik. Sizin imzaladığınız qərarları hər gün eşidirik. Koronavirus xəstəliyi vaxtı kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərini qarşılamaq məqsədilə ehtiyat fondunuzdan ayırdığınız vəsaitlərə, sadə kəndlilərin zəhmətinə verdiyiniz dəyərə görə sizə öz minnətdarlığımızı bildiririk. Sizə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzu edir, arxanızda olduğumuzu bilməyinizi istəyirik.

Bütün xəbərlər Facebook səhifəmizdə