"Bu dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür" Bakı şəhər sakini

"Bu dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür" Bakı şəhər sakini

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Bakı şəhər sakini Zəminə Cəfərovanın məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident!

Sizin müdrik siyasətinizin nəticəsi olaraq, Azərbaycan cənnət diyara çevrilmişdir. Qlobal pandemiyanın yayıldığı bir zamanda məhz Sizin rəhbərliyinizlə koronovirus ilə mübarizədə dövlət vaxtında qabaqlayıcı tədbirlər gördü. Bunun nəticəsidir ki, Azərbaycanda xəstələrin sayı da çox az oldu. Bu gün Siz bir daha sübut etdiniz ki, Azərbaycan xalqına xidmət edirsiniz. Ölkəmizdə COVİD-19 infeksiyasına qarşı görülmüş bütün qabaqlayıcı tədbirlər insanlarımızın sağlamlığının qarantıdır. Sizin işsiz vətəndaşlara və sahibkarlara göstərdiyiniz maddi və mənəvi dəstək əsl rəhbər, dövlət başçısı qayğısının təzahürüdür. Bizim dəyərli Prezidentimiz, İnşallah, Sizin rəhbərliyinizlə Vətənimizdə həyat yenidən öz axarına düşəcək, toy-büsatlar qurulacaqdır. Siz xalqın etimadını qazanmış Lidersiniz. Ulu Tanrıdan Sizi və ailənizi qorumağı diləyirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə