"Bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident" Sumqayıt sakini
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Sumqayıt sakini Ləman Ramazanovanın məktubunu təqdim edir:
Möhtərəm cənab Prezident!
Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasına imkan vermədiyinizə görə Sizə minnətdarıq.
Vaxtında görülən tədbirlər sayəsində biz bu gün evimizdə sağlam şəkildə ailəmizin yanınızdayıq. Bu mübarizədə bir çox adamlar qəhrəmanlıq göstərir, bu qəhrəmanlıqlar bizi qələbəyə yaxınlaşdırır. Bu qələbədə nə qədər çox adamın payı olsa da bayraqdarımız, qələbənin memarı Sizsiniz, cənab Prezident.
Allah Sizi xalqımızın üstündən əskik etməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB