Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın məlumatına görə, İsmayıllı rayonunda yaşayan Tatyana Ravçeyeva yazır:
Hörmətli cənab Prezident!
Siz həmişə olduğu kimi, bu çətin dövrdə də xalqın yanındasınız, ona daim qayğı göstərirsiniz. Sizin düşüncə və əməlləriniz insanların həyatının qorunmasına, onların sağlamlığının müdafiəsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilib. Sizin koronavirusla mübarizə istiqamətində qəbul etdiyiniz tədbirlər qəlbinizin mərhəmətindən, sevginizin dərinliyindən, təfəkkürünüzün gücündən və müdrikliyindən xəbər verir.
Ailəm adından və şəxsən öz adımdan Sizə - gözəl insan və müdrik rəhbərə öz xalqının qayğısına qaldığı üçün minnətdarlığımı bildirirəm. Əminəm ki, biz bu bəlanın öhdəsindən birlikdə gələcəyik. Biz daim Sizinləyik, biz birlikdə güclüyük! Allah Sizə cansağlığı versin, Sizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB