"Biz həmişə Sizə güvənmişik" - MƏKTUB

"Biz həmişə Sizə güvənmişik" - MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın məlumatına görə, Tərtər rayonunda yaşayan Elşən Əsədov yazır:

Hörmətli cənab Prezident!

Azərbaycan xalqına vaxtında etdiyiniz güzəştlər, aztəminatlı ailələrin sosial durumlarını yaxşılaşdırmağa doğru atdığınız addımlar, işsiz və işaxtaran şəxslərə birdəfəlik ödəmələrin verilməsini 200 min nəfərdən 600 min nəfərə çatdırılması xalqımız üçün çox önəmli addımlardır. Vaxtında verdiyiniz göstərişlərə uyğun olaraq, dövlət sərhədlərinin bağlanılması xalqımız üçün çox önəmli addımdır. Biz həmişə Sizə güvənmişik və bu gündən sonra da güvənimizi sonsuz şəkildə davam etdirəcəyik. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz, ölkə başçımız, Ali Baş Komandanımız var. Cənab Ali Baş Komandan, mən Sizə ailəmiz adından minnətdarlığımı bildirirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə