"Azərbaycan vətəndaşı olaraq, Sizinlə qürur duyuram" Prezidentə məktub

"Azərbaycan vətəndaşı olaraq, Sizinlə qürur duyuram" Prezidentə məktub

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Şəkidən Mənsurə Cəbrayılovanın məktubunu təqdim edir:

Hörmətli cənab Prezident!

Mən sadə bir Azərbaycan vətəndaşı, müəllim, mədəniyyət işçisi olaraq, Sizinlə qürur duyuram. Biz Sizin xalqımız üçün necə böyük işlər gördüyünüzün şahidiyik. Dünyanı pis günə qoyan bu virusla mübarizədə və bütün işlərinizdə Sizə dualar edir və alqışlayırıq. Azərbaycan xalqına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Dövlətimizin qabaqlayıcı tədbirləri və düşünülmüş siyasəti nəticəsində bu gözə görünməyən virus, İnşallah ölkəmizi tərk edəcəkdir. Mən və ailəm Uca Allaha dualar edirik ki, Allah Sizə, həkimlərimizə, ordumuza, bu mübarizədə əməyi olan hər bir şəxsə dayaq olsun. Amin.

Dəyərli Prezidentimiz, Biz Sizinlə güclüyük. Allah Sizə yar olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə