"Uzaqgörən siyasətiniz nəticəsində pandemiyanın mənfi təsirləri minimuma endirilib" Minnətdarlıq MƏKTUBU
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Bakı sakini Qunça Qafarovanın Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:
Çox dəyərli və hörmətli cənab Prezidentimiz!
Ölkəmizdə yayılmaqda olan COVID-19 pandemiyasının qarşısını almaq üçün gördüyünüz çoxsaylı tədbirlərə görə sizə minnətdarlığımı çatdırıram.
Mənim 69 yaşım var, təqaüdçüyəm. Bu ağır günlərdə Azərbaycan xalqının hər bir ailəsini öz ailəniz kimi gördünüz. Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmizdə pandemiyanın mənfi təsirləri minimuma endirilib. Buna görə Sizə təşəkkürümü bildirirəm. Allahdan sizə uzun ömür və cansağlığı arzu edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB