Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram! - MƏKTUB

Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram! - MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın məlumatına görə, Şamaxı rayonunda yaşayan Şəfa Hacıyeva yazır:

Hörmətli cənab Prezident!

Ölkəmiz koronovirus ilə bağlı aparılan mübarizədə zamanında verilmiş qərarlarınız sayəsində ən inkişaf etmiş dövlətlərlə bir pillədə durur. Bu dövlət rəhbərinin uzaqgörənliyinin nəticəsidir. Bizimlə bərabər ailəmizin, övladlarımızın rifahını düşündüyünüz üçün, bu çətin günlərdə virusun vurduğu ziyanları minimuma endirə bildiyiniz üçün Sizə ailəm və yaxınlarım adından dərin minnətdarlığımı bildirirəm. Sizin kimi rəhbəri olan dövlətin vətəndaşı olduğum üçün qürur duyuram. Hər zaman dövlətimizin rifahı naminə atacağınız qərarlarınızda yanınızdayam.

Bütün xəbərlər Facebook səhifəmizdə