Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir - MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın məlumatına görə, Neftçala rayonunda yaşayan Heydər Səmədov yazır:
Cənab Prezident!
Ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasının genişlənməsi qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorlardandır. Fərdi sahibkar, fermer olaraq Sizin apardığınız məqsədyönlü daxili və xarici siyasəti tam dəstəkləyir və Sizin ölkəmizin çətin dönəmində dayanmadan, yorulmadan apardığınız islahatları alqışlayıram. Siz Azərbaycanın inkişafını təmin edirsiniz. Sizin pandemiya şəraitində Azərbaycanı necə qurtardığınız bir tarixdir. Yeni növ koronavirusun böyük insan tələfatı ilə nəticələnməsinin qarşısını almaq Sizin düşünülmüş, qabaqlayıcı tədbirlərinizin sayəsində mümkün olmuşdur. Fərdi sahibkar kimi sosial məsuliyyət dərk edərək Sizin bütün çağırışlarınızı tam şəkildə dəstəkləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB