Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident! - MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA-nın məlumatına görə, Balakən rayonunda yaşayan İbrahim Şıxməmmədov yazır:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizi salamlayır və bu məktubumda Sizə dərin təşəkkürümü bildirmək istəyirəm.Bu çətin günlərdə - ölüm kabusunun insanların aldığı hər nəfəsdə dolaşarkən xalqla birlikdə olduğunuza, COVID-19 pandemiyasının ölkəmizdə qarşısının alınması üçün qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə minnətdarıq.İnanırıq ki, dünya tezliklə bu bəladan xilas olacaq, həyatımız əvvəlki axarına düşəcəkdir. Gördüyünüz bütün işlərə görə çox sağ olun, cənab Prezident. Bütün ailəmiz adından Sizə minnətdarıq.Yaxşı ki, varsınız.Nə yaxşı ki, bu ölkənin Prezidenti Sizsiniz.Allah Sizi və ailənizi qorusun.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB