"Prezident apardığı siyasətlə milli maraqlarımızı yüksək səviyyədə müdafiə edir" - MÖVQE ÖZƏL
“Koronavirus pandemiyası bir çox ölkələrdə, o cümlədən Azərbaycanda büdcəyə yenidən baxılmasını vacib edib. Azərbaycan ildən-ilə öz büdcəsində sosial yönümlü tədbirlərin keçirilməsinə çox böyük diqqət yetirir. Hətta Azərbaycan manatı dəyərini itirdikdə belə sosial yönümlü proqramlar axırıncı maddəsinə qədər yerinə yetirilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Aydın Mirzəzadə deyib.
Deputatın sözlərinə görə, koronavirus bir çox məsələlərə yenidən baxılmasını vacib edib: “Cənab Prezident vaxtaşırı öz çıxışlarında və eyni zamanda hökümət üzvləri ilə keçirdiyi iclaslarda bu gün büdcənin əsasən sosial yönümlü hissəsini yerinə yetirilməsi vacib hesab etdiyi bildirib və cənab Prezidentin tapşırığı ilə ikinci dərəcəli və yaxud sonrakı illərdə yerinə yetiriləbiləcək məsələlərin büdcədən çıxarılması təklif edilib. Qeyd etdiyim kimi ölkə Prezidentinin təşəbbüsü ilə 2 milyard yarım manata qədər vəsait əhalinin gəlirdən və iş yerindən məhrum olmuş hissəsinə yardım üçün proqramla həyata keçirilib”.
A.Mirzəzadə bildirib ki, sahibkarlara da dəstək verilməlidir ki, xüsusi karantin rejimindən sonra öz fəaliyyətlərini bərpa edə bilsinlər: “Hesab edirəm ki, büdcəyə yenidən baxılması günün zərurətidir, amma bu heç bir halda sadə vətəndaşın vəziyyətinin pisləşməsinə gətirib çıxarmayacaq, əksinə tamamilə mümkündür ki, təklif edilən büdcə layihəsində biz sosial müdafiənin gücləndirilməsi üçün yeni təkliflərin olduğunu da görək. Əhali də bütün bunları görür və cənab Prezidentə müraciətlərində ona düzgün siyasət yeritdiyinə, pandemiyanın geniş yayılmasının qarşısının alınmasında qətiyyətli addım atdığına və vətəndaşların etimadını yüksək səviyyədə doğrultduğuna görə, təşəkkür edirlər. Düşünürəm ki, cənab Prezident apardığı siyasətlə bu gün Azərbaycanı təhlükədən qoruyur, Azərbaycanın milli maraqlarını yüksək səviyyədə müdafiə edir və postpandemiya dövrünə Azərbaycanın az zərərlə çıxması üçün çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB