"Sizin Azərbaycan üçün etdiklərinizdən qürur hissi keçirirəm" - PREZİDENTƏ MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Biləsuvar rayon sakini Emin Mehtiyevin Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:
Hörmətli cənab Prezident!
Mən Sizi kimi rəhbərlə fəxr edirəm. Qarabağ müharibəsinin veteranıyam, hazırda müəllim kimi çalışıram. Hər dəfə şagirdlərimə dövlətimizin inkişafından, Ulu Öndərdən, Sizin Azərbaycan üçün etdiklərinizdən bəhs edəndə qürur hissi keçirirəm.
Siz daim xalqı düşünürsünüz. Bu ağır günlərdə isə qayğınız daha da artıb. Bu günləri Sizin rəhbərliyinizlə alnıaçıq başa vuracağıq və mən şagirdlərimə Sizin bu mübarizədə xalqımızı necə qorumağınız haqqında söhbətlər edəcəyəm.
Allah Sizi bizə çox görməsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB