“Hazırda bütün dünyada vəziyyət acınacaqlıdır. Ona görə ki, həm sosial, həm iqtisadi böhran əlamətləri görünür. Əlbəttə yaşanan qlobal problem bizdən də yan ötməyib və hər şey bütün dünya ölkələrinin birlikdə qərar verib, birgə atacağı addımlardan asılıdır”. Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan höküməti virusun ölkə sərhədlərinə gəldiyi ilk vaxtlardan bu günə qədər bütün zəruri addımları atıb: “Bunlardan da ən vacibləri sosial siferada atılan addımlardır. Cəmiyyətin ən həssas təbəqələrinə müavinətlər, yardımlar edilib, xüsusi sosial paket hazırlanıb. Və onu da qeyd etmək lazımdır ki, bu sosial proqramlar çox qısa bir müddətdə hazırlanmasına baxmayaraq çox əhatəlidir. Həmin bu sosial proqramın hazırlanması, onun həyata keçirilməsi, bu proqrama kifayət qədər vəsait ayrılması əhali tərəfindən qiymətləndirilməyə bilməzdi”.
İ.Vəlizadə vurğulayıb ki, son günlərdə həyata keçirilən tədbirlər onu göstərir ki, bu yardımlar həqiqətən də ünvanlı xarakter daşıyır: “Konkret şəxslər, xüsusən də bu vəziyyətdən zərər çəkmiş insanlar yardımlarını alır. Bu bir daha onu göstərir ki, Azərbaycan hökümətinin apardığı sosial yönümlü siyasət uğurla həyata keçirilir. 2020-ci il üçün qəbul edilmiş dövlət büdcəsi ümumiyyətlə sosial yönümlü büdcədir, çünki xərclərin böyük bir hissəsi məhz sosial problemlərin həllinə yönəlib. İqtisadiyyatda gəlirlərin azalmasına baxmayaraq digər layihələr təxirə salınsa belə, insanların sosial vəziyyətinin pisləşməsinin qarşısının alınması üçün sosial layihələrə ayrılmış vəsaitlər üstünlük təşkil edəcək. Bütün bu atılan addımlar onu göstərir ki, Azərbaycan dövləti xalqın yanındadır və aparılan bu siyasət davam etdiriləcəkdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB