"Bütün bunlar Sizin uzaqgörən siyasətinizin məntiqi nəticələridir" VƏTƏNDAŞ MİNNƏTDARLIĞI

"Bütün bunlar Sizin uzaqgörən siyasətinizin məntiqi nəticələridir" VƏTƏNDAŞ MİNNƏTDARLIĞI

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Şəki rayon sakini Şəmsiyyət Əsgərovanın Prezident İlham Əliyevə ünvanladığı minnətdarlıq məktubunu təqdim edir:

Möhtərəm cənab Prezident.
Dünyada tüğyan edən, bəşəriyyətin hazırda bir nömrəli bəlasına çevrilən COVID-19 infeksiyası hər birimiz üçün böyük təhlükəyə çevrilib. Bütün dünya bu bəlaya qarşı mübarizəyə səfərbər olub. Dünyanın inkişaf etmiş ölkələri nə qədər çalışsalar da, həm yoluxmanın, həm də itkilərin qarşısını almaqda aciz qalıblar. Sizin rəhbərliyinizlə ölkəmizdə virusla mübarizə işi çox uğurla həyata keçirilir. Azərbaycanda bu virusa yoluxma və ölüm hallarının sayının başqa ölkələrlə müqayisədə dəfələrlə aşağı olması bizə nikbin düşünməyə əsas verir.

Cənab Prezident, bu günlərdə modul tipli yeni xəstəxanaların tikilməsi haqqında imzaladığınız Sərəncam hər birimizin sevincinə səbəb oldu. Sizin rəhbərliyinizlə həyata keçirilən bu işlər vətəndaşlarımızın sağlam yaşamasına yönəlib. Bütün bunlar Sizin uzaqgörənliklə həyata keçirdiyiniz uğurlu siyasətinizin məntiqi nəticələridir. Pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə bir müəllim kimi Şəki sakinləri adından Sizə minnətdarlığımı bildirirəm. Allah Sizi qorusun. Var olun, cənab Prezident!

Bütün xəbərlər Facebook səhifəmizdə