“Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq PREZİDENTƏ MƏKTUB
Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Binə sakinləri adından kənd ağsaqqalı Əliyev Hüseynağa Hüseyn oğlunun Prezident İlham Əliyevə ünvanladığı məktubu təqdim edir:
Hörmətli cənab Prezident.
Koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması ilə bağlı gördüyünüz işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Səhiyyə sahəsində görülən işlər, insanlara göstərilən xüsusi qayğı bizi sevindirir. 65 yaşdan yuxarı tənha və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların istək və qayğıları ilə yaxından maraqlanıb onların ərzaq və tibbi tələbatlarının ödənilməsi istiqamətində xeyli işlər görmüsünüz. İnsanların sosial təminatının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır, işsiz vətəndaşlar işə cəlb olunur, imkansız şəxslər ərzaq və tibbi yardımlarla təmin olunur, onlara pul yardımları göndərilir. Sizin hər zaman xalqın yanında olmağınız və həyata keçirdiyiniz sosial siyasət reallığı tam əks etdirilir. İnanırıq ki, Sizin müvafiq qərarlarınızla ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Allah Sizi, ailənizi və xalqımızı qorusun. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildirir və bu çətin günlərdə görəcəyiniz tədbirlərin səmərəli olacağına əminliyimizi ifadə edirik.
Bir daha qəsəbəmizin sakinləri adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB