"Bir gənc kimi Sizinlə qürur duyuram" MƏKTUB

"Bir gənc kimi Sizinlə qürur duyuram"  MƏKTUB

Ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, eyni zamanda, rifahının yaxşılaşdırılması ilə bağlı atdığı qətiyyətli addımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan çoxsaylı minnətdarlıq məktubları gəlməkdə davam edir. SİA Gədəbəy rayonu, Qızıltorpaq kəndindən Mətanət Bayramovanın məktubunu dərc edir:

Hörmətli cənab Prezident.
Mən birinci qrup əliləm. Bu gün dünyanı bürüyən koronovirus Azərbaycandan da yan keçmədi. Lakin Sizin gördüyünüz qabaqlayıcı tədbirlər öz nəticəsini verməkdədir. Xəstələnənlərin sayının gündən-günə azalması buna bariz nümunədir. Hələ 2003-cü ildə keçirilən prezident seçkilərində demişdiniz ki, hər bir azərbaycanlının prezidenti olacaqsınız. Sizin hər bir addımınızda bunun şahidi oluruq. Bu gün böyük dövlətlərin rəhbərləri bu virusun qarşısında aciz qalıblar, onun qarşısını ala bilmirlər. Sizin xalqın sağlamlığını qorumaq üçün atdığınız addımların nəticəsini görməkdəyik. İmkansız ailələrə göstərilən qayğı, işsizlərə verilən müavinət Sizə inam hissimizi daha da artırır.

Cənab Prezident, mən birinci qrup əlil olmağıma baxmayaraq 2018-ci ildə keçirilən seçkilərdə iştirak etdim və Sizə səs verdim. Bir gənc kimi Sizinlə qürur duyuram. Sizin hər bir çıxışınız, hər bir addımınız Azərbaycan xalqının xoşbəxtliyinə hesablanıb. Çünki Siz Heydər babanın siyasi məktəbində dərs almısınız.

Cənab Prezident, əlil olmağıma baxmayaraq, ailəmdə iki uşaq böyüdürəm. Övladlarım Sizi hər dəfə televiziya efirində görəndə sevinib deyirlər ki, Prezidentimiz danışır. Sizə diqqətlə qulaq asırlar. Cənab Prezident, bu siyasi yolda Sizə yeni uğurlar arzu edirəm. Tanrı Sizə yar olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə